5 Oktyabr 2020 13:25
2 199
12 Punto 14 Punto 16 Punto 18 Punto

Saatlı rayon polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Şirinbəy kənd sakini E.Abdullayev saxlanılıb.

Teleqraf.com xəbər verir ki, şəxsi axtarış zamanı ondan 9 qrama yaxın marixuana və 7500 manat saxta əskinas aşkar edilib.

Davam etdirilən tədbirlərlə narkotik vasitəni ona satmaqda şübhəli bilinən həmyerliləri C.Rzayev və əvvəllər məhkum olunmuş M.Şamşikov da müəyyən edilib.

Şəxsi axtarış zamanı C.Rzayevdən 43 qrama yaxın marixuana götürülüb.

Polis əməkdaşları tərəfindən E.Abdullayevin kəndin ərazisində yerləşən kollektorda gizlətdiyi 405 qram marixuana da götürülüb.

Araşdırmalarla C.Rzayevin və E.Abdullayevin saxta əskinasları Sumqayıt şəhər sakinləri R.Əliyev və əvvəllər məhkum olunmuş P.Səmədovla 1 kiloqram 608 qram marixuana müqabilində dəyişdikləri müəyyən edilmiş və görülmüş tədbirlərlə onlar da saxlanılıblar.

Şəxsi axtarış zamanı P.Səmədovdan 2 ədəd bıçaq, R.Əliyevə məxus “VAZ-21144” markalı avtomobildən isə 10 qramdan artıq marixuana, 3 ədəd bıçaq və 1 ədəd dəyənək aşkar edilib.


Müəllif: Hacı Zeynalov