5 Fevral 2021 11:08
454
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gədəbəy Rayon Polis Şöbəsinə müraciət edən şəxs cari il yanvarın 21-dən fevralın 3-dək olan müddətdə bir nəfərin onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib 2 000 manat pul tələb etdiyini, verməyəcəyi təqdirdə onu tüfənglə öldürəcəyini bildirib.

DİN-dən Teleqraf.com-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər oğurluq və xuliqanlığa görə məhkum olunmuş R.Bayramov müəyyən edilərək saxlanılıb.

Şəxsi axtarış zamanı ondan marixuana aşkar edilib.

Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan 490 qram marixuana, 233 ədəd çətənə toxumu, 1 ədəd tərəzi, 1 ədəd lüləsi və qundağı kəsilmiş “İJ-K” markalı tüfəng götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182 (hədə-qorxu ilə tələb etmə) və 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə cinayət işi başlanıb.

Araşdırmalar aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər