"EuroHome" tikinti materialları bazarının direktoru Samir Məmmədov və Amil Salmanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, Binəqədi rayon Məhkəməsində hakimi Aygül Qurbanovanın sədrliyi ilə baş tutan hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmədə elan edilib ki, Samir Məmmədovun barəsində olan polis nəzarətində qətimkan tədbiri seçilib.
Daha sonra məhkəmə onun barəsində olan polis nəzarətində qətimkan tədbirini həbs qətimkan tədbiri ilə əvəzləyib.
Samir Məmmədov məhkəmə zalında həbs edilib.
Məhkəmənin baxış iclası mayın 6-na təyin olunub.
İttihama görə, "EuroHome" MMC-nin direktoru Samir Məmmədov və Amil Salmanovun barəsində Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarının pozma, eyni əməllər ölümə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ittiham elan edilib.