Şamaxı rayonunda itkin düşən şəxsin meşədə donmuş meyiti aşkarlanıb. Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, noyabrın 2-də rayonun Nağaraxana kənd sakini Nikolay Kritin evdən çıxıb və geri qayıtmayıb. Nikolay Kritinin üzərinə zorakılıq əlamətləri görünməyən donmuş meyiti Cabanı kəndində tapılıb.
Faktla bağlı araşdırmalar aparılır.
Hacı Zeynalov