Daşkəsəndə qətl hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonda "Köhnə stadion" adlanan ərazidə keçirilən toy məclisində qeydə alınıb.
İlkin məlumata görə, rayonun Alaxançalı kənd sakini 1998-ci il təvəllüdlü Namazov Eldəniz Mustafa oğlu toyda tanışı tərəfindən bıçaqlanıb. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Hadisəni törədən şəxsin tutulması istiqamətində axtarışlara başlanıb.
Faktla bağlı araşdırma aparılır.