31 Avqust 2021 12:38
778
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Alim Qasımovun kürəkəni, dələduzluq və soyğunçuluqda təqsirli bilinən Elnur Mövlamovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə baş tutan prosesdə şahid qismində Nəsimi rayon Polis İdarəsinin 21-ci polis bölməsinin əməkdaşı ifadə verib.

O, bildirib ki, təqsirləndirilən şəxs Elnur Mövlamovu əvvəldən tanımayıb və xüsusi əməliyyat tədbirləri nəticəsində o Nərimanov rayonu ərazisində yaşadığı evdə saxlanılıb.

Şahid bildirib ki, təqsirləndirilən şəxs saxlanılan zaman oğurladığı pulu İsmayıllı rayonunun Basqal kəndində saxladığını deyib, qızıl-zinət əşyalarını isə polisə təqdim edib. Qeyd edib ki, Basqalda axtarış zamanı evdən 2 min 600 dollar və 5 min manat pul aşkar edilib.

Növbəti proses sentyabrın 7-də davam edəcək.

İttihama görə, cinayət işi üzrə zərərçəkmiş qismində Xalq artisti Alim Qasımovun həyat yoldaşı Tamilla Qasımova və qohumu Rəşadət Fərzəliyev tanınıb.

O, Alim Qasımovun qızı və xanımına məxsus külli miqdarda qızıl-zinət əşyalarını oğurlamaqda ittiham olunur.

İstintaq orqanı tərəfindən Elnur Mövlanovun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq törətmək) və 180.2.4-cü (insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədilən soyğunçuluq törətmək) maddələri ilə ittiham elan olunub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər