15 Oktyabr 2021 11:56
808
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdaş rayonunda oğurluq hadisəsi olub.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 3-də Kükəl kəndindəki evlərin birindən 3 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Ərəb kənd sakini F.Paşayeva saxlanılıb.

Ətrafında aparılan tədbirlərlə onun sentyabrın 23-də daha bir evdən 3100 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.


Müəllif: Teleqraf.com