Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə ittiham olunan Azərbaycan vətəndaşları – Faiq Qurbanov və Seymur Rzazadənin cinayət işi üzrə məhkəmə başlayıb.
Teleqraf.com xəbər ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən qapalı prosesdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Məhkəmə baxışı noyabrın 25-nə təyin olunub.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham edilirlər. Onlar Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs ediliblər.
İttihama görə, Faiq Qurbanov 2013-cü ildə ETTAALAT-ın əməkdaşı olan Bilal adlı şəxslə əməkdaşlıq edib. Həmin F.Qurbanova Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı və.s kimi sahələr üzrə məxfi məlumatlar əldə etmək üçün xüsusi tapşırıqlar verib.
Teymur Rzazadə isə ETTAALAT-ın Qaffari adlı üzvü ilə əməkdaşlığa cəlb olunub. T.Rzazadə Qaffariyə “mən Allah ordusuna əsgər seçilirəm” məzmunlu yazılı iltizam verdikdən sonra ona verilmiş tapşırıq əsasında Lənkəranda mömünlərin vəziyyəti ilə maraqlanıb, dindarların salamını Qaffariyə çatdırmağa başlayıb. Lənkəran dindarları ilə İran kəşfiyyatçısı arasında məlumat mübadiləsini həyata keçirib.
Hacı Zeynalov