15 Noyabr 2014 11:48
830
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda mağazadan oğurluq etmiş şəxs tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı şəhər BPİ Cinayət Axtarış İdarəsi, Yevlax şəhər Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, oktyabrın 19-da M.Cəlal küçəsində yerləşən mağazadan oğurluqda şübhəli bilinən şəxs tutulub. Bu, Yevlax rayon sakini, 1962-ci il təvəllüdlü İmarət Nadirova olub.


Müəllif: