14 Dekabr 2021 14:15
706
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial şəbəkələrdə "Ramin yeraz" kimi qeydiyyatdan keçən, narkotik vasitələrin təbliğini edən Ramin İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirən məhkəmə iclasında elan edilən hökmə əsasən Ramin İsmayılov 5 il müddətinə azadlıq məhrum edilib.

İttihama görə, sosial şəbəkələrdə "Ramin yeraz" kimi qeydiyyatdan keçən, narkotik vasitələrin təbliğini edən Nizami rayon sakini olan Ramin İsmayılov narkotik vasitələrin qanunsuz dövriyəsində şübhəli bilindiyi üçün saxlanılıb.

Şəxsi axtarış zamanı onun üzərindən 5,140 qram heroin aşkar edilərək götürülüb.

Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, R.İsmayılov 2018-ci ildə dələduzluqda şübhəli bilinərək tutulub. O, sosial şəbəkələrdə “Ramin yeraz” adı ilə tanınan ifaçıdır.

R.İsmayılov özünü “Ramin yeraz prodakşn”ın sahibi kimi təqdim edirdi.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər