Bakının Sabunçu rayonunda soyğunçuluq hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Zabrat qəsəbəsində Aleksey Çaykova qarşı soyğunçuluq edilib. Sabunçu rayon Polis İdarəsinin 15-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, hadisəni törətməkdə şübhəli bilinən 1993-cü il təvəllüdlü İsmayıl İsmayılov və 1992-ci il təvəllüdlü Nəriman Xəlil oğlu Xəlilov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov