25 Noyabr 2014 14:20
866
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirləri nəticəsində Xızı rayonunun Giləzi qəsəbəsində Bakı şəhər sakini Rüstəm Məmmədov qanunsuz ov etdiyi üçün saxlanılıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, ondan 1 ədəd ov tüfəngi götürülmüş və araşdırmalar aparılması üçün Xızı rayon Polis Şöbəsinə təhvil verilib. Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirləri nəticəsində Şabran rayonunun Güləmli kəndində rayon sakinləri Abbas Quliyev və Nöhəddin Əzizov qanunsuz ov etdikləri üçün saxlanılıblar.

Onlardan 2 ədəd ov tüfəngi götürülmüş və araşdırmalar aparılması üçün Şabran rayon Polis Şöbəsinə təhvil veriliblər.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər