Cəlilabad rayonunda yaşayış evində partlayış olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, hadisə noyabrın 25-də saat 22 radələrində qeydə alınıb.
Məlumata görə, Cəlilabad şəhər sakini Ələddin Abdullayevin həyətindəki yardımçı otağında məişətdə istifadə edilən qaz balonu partlayıb. Yanıq xəsarəti almış Ələddin Abdullayev və həmyerlisi Rasim Yusubov xəstəxanaya yerləşdiriliblər. Rasim Yusubova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov