8 İyun 2022 16:46
623
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının sabiq rəisi, tibb xidməti polkovniki Azad Abdullayevin cinayət işi hakim icraatına verilib.

Teleqraf.com xəbər verir ki, iş baxılması üçün hakim Aslan Kalbalıyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası iyunun 16-na təyin olunub.

***

16:30

Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının sabiq rəisi, tibb xidməti polkovniki Azad Abdullayevin ittiham olunduğu maddələr açıqlanıb.

Teleqraf.com xəbər verir ki, Azad Abdullayevin barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq), 178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq törətmək), 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 32.4, 312.2-ci (iştirakçılıq, rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə ibtidai istintaq tamamlanıb və iş baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər