Bakının Sabunçu rayonunda küçənin ortasında qadın meyiti tapılıb.
Sabunçu rayon Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, meyit rayonunun Sabunçu qəsəbəsində aşkarlanıb.
Məlumata görə, qan içində 50-55 yaşlarında qadın xəstəxanaya aparılıb. Müayinə zamanı onun öldüyü məlum olub. İlkin araşdırma zamanı qadının yol qəzasında aldığı xəsarətdən öldüyü üzə çıxıb.
Belə ki, o, Bakı şəhər sakini Yuriy Subbotin idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən zaman vurulub. Qadının üzərində şəxsiyyətini təsdiq edən sənəd tapılmayıb. Buna görə də onun kimliyini müəyyən etmək mümkün etməyib.
Hadisə ilə bağlı Sabunçu rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Hacı Zeynalov