Rusiyanın Saxalin vilayətində sərxoş sürücü polisi girov götürüb.
Teleqraf.com TASS-a istinadən xəbər verir ki, polisdən onu oğlu ilə birlikdə qonşu kəndə aparmasını tələb edən sürücü Roman Qiniyatulin cibindən qumbara çıxararaq özünü partladacağını bildirib.
O, polislərdən birinin sükan arxasına keçərək maşını qonşu kəndə sürməsini istəyib.
Polis silahlı sürücünün tələbini yerinə yetirib.
Ünvana çatanda sürücü saxlanılaraq həbs edilib.