11 Sentyabr 2022 20:41
658
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları evini narkomanlara sığınacaq kimi verən qadını yaxalayıblar.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib.

Nizami Rayon Məhkəməsinin qərarı ilə G.Məmmədova barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Məlumata görə, onun üzərindən və Nizami rayonunda yaşadığı evdən 2 kiloqrama yaxın heroin və metamfetamin aşkar edilib.

G.Məmmədovanın evində narkotik vasitələrin qəbulu və paytaxt ərazisində narkokuryerliklə məşğul olan daha iki nəfər - Elçin Mirzəyev və Teymur Orucov da saxlanılaraq istintaqa cəlb ediliblər.

Faktla bağlı 25-ci Polis Şöbəsində toplanan materiallar Nizami RPİ-nin istintaq şöbəsinə göndərilib. Bu şəxslərin daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər