21 Sentyabr 2022 19:15
1 034
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Xural TV” nin baş redaktoru Əvəz Zeynallının barəsində əlavə maddə üzrə ittiham elan edilib.

Teleqraf.com xəbər verir ki, ona sentyabrın 21-də Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 312-1 (Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddəsilə yeni ittiham verilib.

Qeyd edək ki, Binəqədi rayon Məhkəməsinin qərarı ilə Əvəz Zeynallının barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. İstintaq orqanı tərəfindən sentyabrın 10-da Əvəz Zeynallının barəsində Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham elan edilib. Əvəz Zeynallı “Baku Steel Company” MMC – poladəritmə zavodunun keçmiş rəhbəri, 2021-ci ilin yanvarından həbsdə olan Rasim Məmmədovun ailəsindən onun əleyhinə materiallar yaymamaq üçün 20 min manat pul almaqda ittiham olunur.

Əvəz Zeynallı ittihamları qəbul etmir. Əvəz Zeynallının barəsində istintaq Baş Prokurorluğun İstintaq baş İdarəsində aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər