10 Dekabr 2014 15:45
1 354
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Manisa vilayətində təxminən yeddi aydır avtomobilin salonunda yaşayan 19 yaşlı gənc qızın başına gələnlər ürək sızladır.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, valideynləri boşananandan sonra anasıyla yaşamağa başlayıb. M.T 14 yaşındaykən anasının sevgilisi tərəfindən cinsi təcavüzə məruz qalıb. Hadisə sonrası təcavüzkar həbs olunub. Məhkəmə baş verınlərdən sonra gənc qızı anasından alaraq İspartadakı internata yerləşdirib. Burada 1 il qaldıqdan sonra psixoloji problemlərinə görə 2010-ci ildə Manisaya göndərilib. Yetkinlik yaşına çatana kimi Manisada qalan M.T-nı qadın sığınma evinə yerləşdirmək istəyiblər. Təkilifi qəbul etməyən 19 yaşlı M.T dostu S.Y-ə aid avtomobilin içində 7 aydır ki, həyatla mübarizə aparır.

Manisanın Yunusəmrə məhəlləsində park edilmiş maşında qalan M.T-nin vəziyyətinə biganə qalmayan sakinlər polisə müraciət ediblər. Hadisə yerinə gələn polis qızı avtomobilin içərisindən çıxmağa heç cür razı sala bilməyib.


Dövlətin köməyini rədd edən qız "Mən bu avtomobildən başqa yerdə qalmaram" deyib. Avtomobilin sahibi Ş.Y isə vətəndaşların şikayətindən sonra çarəni maşını evinin qarşısından başqa yerə aparmaqda görüb.

Hadisədən xəbər tutan Ailə və Sosial Siyasətlər Müdiri Murat Konanın qızla görüşdüyü və onu qadın sığınma evinə getməyə razı sala bildiyi deyilib.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər