Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qız qaçırmaqda təqsirli bilinən Vahib Zülfüqarov, Elbəy Qədirov, Amlet Xankişiyev və Niyal Tağıyevin cinayət işi üzrə məhkəmə başlayıb.
Teleqraf.com xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı dekabrın 18-nə təyin edilib.
İttihama görə, Vahib Zülfüqarovun sevdiyi qız olub. O, həmin qızı qaçırmaq üçün dostları Elbəy Qədirov, Amlet Xankişiyev və Niyal Tağıyevlə birlikdə mütəşəkkil dəstə yaradıb. Dəstə üzvləri zorla Vahib Zülfüqarovun sevdiyi qızı zorla qaçırıblar. Qızın valideynləri Qobustan rayon Polis Şöbəsinə şikayət ediblər. Şikayət əsasında mütəşəkkil dəstənin üzvləri həbs edilib.
Hacı Zeynalov