3 Dekabr 2022 13:53
976
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Silahlı Qüvvələri Kremennayanın cənub-qərbində və şimal-qərbində lokal irəliləyişlər edir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna və Rusiya mənbələrinə istinadən Müharibə Araşdırma İnstitutu (ISW) məlumat yayıb.

Qeyd edilir ki, Ukrayna ordusunun lokal irəliləyişi dekabrın 2-də baş verib.

Bildirilir ki, Ukrayna Silahlı Qüvvələri Kremennayanın cənubundakı meşələrdə az irəliləyiş əldə edərək Krasnopopovkanın kənarına (Kremennayadan təxminən 10 km şimal-qərb) çatıb. Bundan əlavə, Ukrayna hərbçiləri bütün cəbhə xətti boyunca və Svatovo-Kremennaya şossesi ərazisində əks-hücum əməliyyatlarını gücləndiriblər.

Hesabatda bildirilir ki, ruslar Baxmut bölgəsində minimal irəliləyişi davam etdirib və Avdiivka-Donetsk bölgəsində hücum əməliyyatları həyata keçiriblər. Svatovonun qərbində Ukrayna Silahlı Qüvvələri və işğalçılar ötən sutka ərzində lokal döyüşlər aparmağa davam ediblər.

Analitiklərin hesablamalarına görə, Ukrayna hava hücumundan müdafiə sisteminin uğurlarına baxmayaraq, rus qoşunları hələ də Ukraynanın enerji infrastrukturu üçün təhlükə yaradır.


Müəllif: Nemət

Oxşar xəbərlər