Ağstafa rayon sakinin qatar vurulması nəticəsində ölüb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, hadisə dekabrın 14-də, saat 09 radələrində qeydə alınıb. Ağstafa Dəmir Yolu Stansiyasının ərazisində Böyük Kəsik - Gəncə elektrik qatarı ilə Yuxarı Göyçək kənd sakini Suleyman Rəhimov vurulub. O, hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov