Bakının Qaradağ rayonunda faciəli hadisə baş verib.
Bu barədə Teleqraf.com-a Qaradağ rayon Prokurorluğundan məlumat verilib.
Məlumata görə, hadisə Lökbatan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1990-cı il təvəllüdlü Amil Həsənov hamamda dəm qazından boğularaq ölüb. Onun meyiti valideynləri tərəfindən tapılıb.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov