16 Yanvar 2023 15:32
713
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səbail rayon Bələdiyyəsinin sabiq sədri Əhməd Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Məhəmməd Əkbərovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Əhməd Hüseynovun vəkili Aysel Məhərrəmova və onun özü cinayət işinin məhkəmə baxışına verilməsinə etiraz etməyiblər.

Məhkəmə baxışı yanvarın 25-nə təyin olunub.

İstintaqla Əhməd Hüseynovun qabaqcadan əlbir olan bir qrup şəxs halında dövlət və bələdiyyəyə məxsus, ümumilikdə 1 milyon 824 min manat dəyərində torpaq sahələrini ələ keçirməyə cəhd etməsi, habelə rəsmi sənədi ilə saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd edək ki, Əhməd Hüseynov Cinayət Məcəlləsinin 29,178.4-cü (xüsusi ilə külli miqdarda dələduzluq etməyə cəhd), 309-cu (vəzifə səlahiyyətlərini aşma) və 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti və Səbail rayon Bələdiyyəsi zərərçəkmiş qismində tanınıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər