24 Yanvar 2023 12:28
761
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda külli miqdarda narkotik alverində ittiham olunan Tural Baxışəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə baş tutan iclasda hökm elan edilib.

Hökmə əsasən, Tural Baxışəliyevin əməli sübuta yetirilməyib və ona bəraət verilib.

O, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Tural Baxışəliyev 234.4.3-cü (satış məqsədi ilə külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama) maddəsi ilə ittiham olunurdu.


Müəllif: Hacı Zeynalov