29 Dekabr 2014 16:27
766
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədliyyə Nazirliyində keçirilən kollegiyada nazirliyin Tibb baş idarəsi tərəfindən görülmüş işlərə dair hesabatı dinlənilib.

Teleqraf.com xəbər verir ki, qeyd olunub ki, dövlət başçısının rəhbərliyi ilə ədliyyə islahatları çərçivəsində cəza-icra siyasəti xeyli humanistləşdirilib, məhkumların saxlanma şəraiti, tibb və dərman təminatı əsaslı şəkildə yaxşılaşdırılıb, penitensiar müəssisələr yeni tibb avadanlığı ilə təchiz olunub.

Cari ildə məhkumların və təqsirləndirilən şəxslərin keyfiyyətli tibbi xidmətlə təminatı üzrə tədbirlər davam etdirilib, penitensiar müəssisələrdə ölüm hallarının kəskin sürətdə azalması müşahidə olunub. Ümumilikdə penitensiar müəssisələrdə xəstəlikdən ölüm 15 dəfə, vərəmdən ölüm isə 60 dəfədən çox azalıb.

Həmçinin, Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə sıx əməkdaşlıqda penitensiar müəssisələrdə vərəmlə mübarizədə müsbət təcrübə əldə olunub və Azərbaycanın bu sahədə yüksək nailiyyəti dünyada təqdir olunaraq ötən il BMT-nin İslah və Həbsxanalar Beynəlxalq Assosiasiyası tərəfindən ölkəmizin penitensiar sistemində vərəmə nəzarət proqramı Səhiyyə Mükafatına layiq görülüb.

Artıq 15-ə yaxın dövlətin məsul nümayəndələri müsbət təcrübəmizdən bəhrələnmək məqsədilə Bakıya səfərlər ediblər.

Kollegiyada tibb xidməti sahəsində görülmüş işlərlə yanaşı, fəaliyyətin təkmilləşdirilməsi məsələləri müzakirə olunub, o cümlədən tibbi yardım və sanitariya təminatının daha da yaxşılaşdırılması, məhkumların sağlamlığının mühafizəsi və müvafiq preventiv tədbirlərin görülməsi, tibb infrastrukturunun müasirləşdirilməsi, vakant ştat vahidlərinin komlektləşdirilməsi və s. üzrə aidiyyəti tapşırıqlar verilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər