Xırdalan şəhərində güclü partlayış olub.
Bu barədə Teleqraf.com-a Abşeron rayon Prokurorluğundan məlumat verilib.
Məlumata görə, hadisə Xırdalan şəhərində fəaliyyət göstərən taxta emalı sexində qeydə alınıb. Sexdə partlayış nəticəsində Aydın Fətullayev və Miraslan Ağayev ölüb. Hər iki mərhumun sexdə fəhlə işlədiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov