Bakıda ötən gün axşam saatlarında yanğın hadisəsi qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m olan ikimərtəbəli 8 otaqlı evdə baş verib.
Nəticədə evin 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları və ev əşyaları 16 kv.m sahədə yanıb, yüksək temperaturdan pilləkən qəfəsinin lambirdən ibarət tavanı 15 kv.m sahədə əriyib.
Evin qalan hissəsi yanğından mühafizə olunub.