Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində anasını amansızlıqla öldürməkdə təqsirləndirilən Şamaxı rayon sakini, 1997-ci il təvəllüdlü Mahmud Nağıyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, hadisə 2014-cü ilin avqustun 4-də Şamaxı rayonunun Hacı Məmmədov küçəsindəki 52 saylı mənzildə qeydə alınıb. 1997-ci il təvəllüdlü Mahmud Nağıyev anası, 1975-ci il təvəllüdlü Pərvanə Nağıyevanı bıçaqlayaraq öldürüb.
Qeyd edək ki, Mahmud Nağıyev qadının yeganə övladıdır.
Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəməyə baxış vaxtı yanvarın 12-ə təyin olunub.
Hacı Zeynalov