Gömrük orqanlarının əməkdaşları tərəfindən 101,624 qram heroin aşkar edilib.
Bu barədə Teleqraf.com-a Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən məlumat verilib. Belə ki, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından piyada yolla Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşı Emin Qurbanovun üzərində şəxsi yoxlama zamanı onun daxili orqanından (düz bağırsağından) 3 ədəd bükümdə, ümumi xalis çəkisi 101,624 qram olan narkotik vasitə - heroin aşkar edilib.
Naibə QURBANOVA