Nərimanov rayonunda yerləşən evlərdən birində 34 yaşlı Tacirə Salmanovanı qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Nərimanov rayon prokurorluğu məlumat yayıb.
Bildirilir ki, prokurorluq və polis əməkdaşları tərəfindən keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 1989-cu il təvəllüdlü Teymur Məmmədov saxlanılıb.
İbtidai istintaq davam etdirilir.
20:27
Avqustun 5-i saat 19 radələrində Nərimanov rayonu ərazisində yerləşən fərdi yaşayış evlərindən birində 1989-cu il təvəllüdlü Tacirə Salmanovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.
Teleqraf.com xəbər verir ki, bu barədə Nərimanov rayon prokurorluğu məlumat yayıb.
Bildirilir ki, cinayəti törətməkdə şübhəli bilinən şəxs(lər)in müəyyən edilməsi istiqamətdə istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
Nəticəsi barədə əlavə məlumat veriləcəkdir.