Bakının Xəzər rayonunda avtomobildən silah götürülüb.
Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Xəzər Rayon Polis İdarəsi Cinayət-Axarış Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Bakı şəhər sakini 1959-cu il təvəllüdlü Tofiq Həsənov tutulub.
Ona məxsus “KIA” markalı avtomobildən 16 kalibrli “İJ” modelli lüləsi və qundağı kəsilmiş ov tüfəngi aşkar olunaraq götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 228-ci (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov