1 Sentyabr 2023 10:50
1 040
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və maliyyə idarəsinin zabiti Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının vaxtı məlum olub.

Teleqraf.com xəbər verir ki, cinayət işi üzrə məhkəmənin hazırlıq iclası sentyabrın 8-nə təyin edilib.

İş araşdırılması üçün hakim Fikrət Əliyevin icraatına verilib.

Qeyd edək ki, Fikrət Əliyev Sumqayıt şəhər Məhkəməsinin hakimidir. O, bu işlə bağlı Bakı Hərbi Məhkəməsinə ezam edilib.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və maliyyə idarəsinin zabiti Vüsal Əlizadə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs ediliblər.

Cinayət işi üzrə dövlətə dəymiş ziyanın 40 milyon manatı ödənilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər