25 Sentyabr 2023 10:04
1 349
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xocavənddə 4 polisin həlak olmasına səbəb olan terror aktını törədənlər saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məlumat yayıb.

Qeyd olunub ki, sentyabrın 19-da Əhmədbəyli-Füzuli-Şuşa yolunun 58-ci kilometrliyində və Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda minalar yerləşdirərək iki mülki şəxsin və dörd polis nəfərinin həlak olması ilə nəticələnən terror əməllərini qanunsuz mütəşəkkil silahlı birləşmənin tərkibində iştirak edərək törətməkdə şübhəli bilinən müvafiq şəxslər həmin antiterror tədbirləri zamanı 20 sentyabr 2023-cü il tarixində tərk-silah edilərək saxlanılıblar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər