17 Oktyabr 2023 12:14
680
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırım zamanı erməni terrorçu Vaqif Xaçaturyanın qətlə yetirdiyi yaşlı sakinlərin adları açıqlanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ittiham aktında qeyd olunub .

İttihamda göstərilib ki, 23 dekabr 1991-ci il tarixdə səhər saat 6 radələrində Vaqif Xaçaturyan qanunsuz silahlı hərbi birləşmələrin üzvləri ilə birlikdə Xankəndi şəhərində dislokasiya olunmuş Rusiya Federasiyası Silahlı Qüvvələrinin 366-cı motoatıcı alayın şəxsi heyəti və ağır texnikasinın dəstəyi ilə Meşəli kəndinə basqın edərək evlərə və küçələrə hücum edib. Onlar kənd sakinləri 1936-cı il təvəllüdlü Quliyev Qədim, 1936-ci il təvəllüdlü Quliyeva Ruba Hacı qizini, 1903-cü il təvəllüdlü Quliyev Mətlab Qanimat oğlunu, 01 iyul 1932-ci il təvəllüdlü Novruzov Novruz Məhərrəm oğlunu, 01 iyul 1932-ci il təvəllüdlü Novruzova Adile Məhəmməd qizini, 1977-ci il təvəllüdlü Novruzova Rahilə Novruz qizini, 1979-cu il təvəllüdlü Novruzova Rübabə Novruz qizinı, 01 iyul 1926-cı il təvəllüdlü Sadiqov Əvəz Alış oğlunu 01 iyul 1932-ci il təvəllüdlü Sadıqova Qonçə Məmmədbağır qizini, 01 iyul 1927-ci il təvəllüdlü Nurməmmədov Hüseyn Rza oğlunu, 01 iyul 1936-ci il təvəllüdlü Nurməmmedova Pakizə Islam qızını, 1969-cu il təvəllüdlü İbadullayev Nadir Nabi oğlunu, 1974-cü il təvəllüdlü Allahverdiyev Vidadi Müsül oğlunu, 01 iyul 1938-ci il təvəllüdlü Kazimov Xəlil Mahmud oğlunu, 1963-cü il təvəllüdlü Mehralıyev Əli Mürsəl oğlunu, 01 iyul 1942-ci il təvəllüdlü Hümbətov Bəhlul Müseyib oğlunu, 01 yul 1929-cu il təvəllüdlü Qasimov Ənvər Bahadur oğlunu, 01 iyul 1915-ci il təvəllüdlü Xudayarova Surayya Alış qızını, xidməti vəzifələrini yerinə yetirən Xocalı rayon polis şöbəsinin Meşali polis bölmesinin polis (milis) serjantlan, 1969-cu i tevollüdlü Quliyev İsmayıl Qənimət oğlunu, 1971-ci təvəllüdlü Novruzov Zakir Novruz oğlunu qətlə yetirib.

Xocalı rayonunun Meşəli kəndində dinc sakinlərin mühasirədən çıxarılması üçün köməyə gəldikləri üçün qətlə yetirilən Azərbaycanın polis və hərbi qulluqçularının da adları açıqlanıb.

1991-ci il dekabrın 23-də mühasirədə qalan dinc sakinlərə yardım etməyə gedən, Meşəli polis bölməsinə Ağdam rayon polis (keçmiş milis) şöbəsindən ezam olunmuş, həmin şöbənin kiçik serjantları - 19 avqust 1970-ci il təvəllüdlü Hidayat Eldar oğlu Rüstəmov, 06 iyun 1969-cu il təvəllüdlü Faiq Alış oğlu Ağayev, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 701 (keçmiş 18110) N-li hərbi hissəsinin hərbi qulluqçuları - 13 oktyabr 1964-cü il təvəllüdlü leytenant Kamil Baba oğlu Eyyubov, 9 iyul 1961-ci il təvəllüdlü əsgər Musal Mirzağa oğlu Qonaqov və könüllü özünümüdafiə dəstəsinin döyüşçüsü, 28 iyun 1961-ci il təvəllüdlü Tahir Eyyub oğlu Əzimov Vaqif Xaçatryan və erməni hərbi birləşməsinin digər üzvləri tərəfindən qətlə yetirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər