Bakı polisinin dilənçilərə qarşı keçirdiyi əməliyyat tədbirləri davam etdirilir.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, növbəti belə bir əməliyyatı Nərimanov rayon Polis İdarəsinin 16-cı, 17-ci və 18-ci polis bölmələri və Suraxanı rayon Polis İdarəsi əməkdaşları tərəfindən keçirilib.
Keçirilən əməliyyat nəticəsində dilənçiliklə məşğul olan 25 nəfər saxlanılıb. Onlardan 5-i kişi, 11-i qadın, 9-u azyaşlı olub. Onlara xəbərdarlıq edildikdən sonra buraxılıblar.
Hacı Zeynalov