2 Noyabr 2023 09:27
781
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəxsin sağlamlığına qəsdən ağır zərər vurmaqla ehtiyasızlıqdan ölümünə səbəb olma faktı ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Teleqraf.com-a Səbail rayon prokurorluğundan bildirilib.

Noyabrın 2-də saat 06 radələrində Səbail rayonu, Puşkin küçəsi 4 ünvanında 1960-cı il təvəllüdlü Adil Xəlilovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı 1965-ci il təvəllüdlü Mərdan Əsədullayevin aralarında yaranmış mübahisə zamanı Adil Xəlilovun gicgah nahiyəsinə daşla zərbə vurması nəticəsində sonuncunun ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

Mərdan Əsədullayev prokurorluğun qərarı əsasında iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

***

08.43

Noyabrın 2-də saat 06:30 radələrində Səbail rayonu ərazisində üzərində xəsarət izləri olan naməlum kişi meyiti olması ilə bağlı polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, araşdırmalarla naməlum şəxsin 1960-cı il təvəllüdlü Xəlilov Adil Maştı oğlu olması müəyyən edilib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1965-ci il təvəllüdlü Əsədullayev Mərdan Xanoğlan oğlu saxlanılıb. M.Əsədullayev sərxoş vəzəyyətdə olub, tufeyli həyat tərzi keçirir.

Araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər