Gəncə şəhər sakini 10 kiloqramdan artıq marixuananı satarkən tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini Orxan Novruzov 10 kiloqram 545 qram marixuananı satarkən tutulub.
Qeyd edək ki, O.Novruzov əvvəllər məhkumluq həyatı yaşayıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.