29 Noyabr 2023 20:17
834
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya olunub.

Baş Prokurorluqdan Teleqraf.com-a verilən xəbərə görə, beynəlxalq hüququn norma və prinsiplərinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Samir Həsənovun ekstradisiyası haqqında Azərbaycan tərəfinin vəsatəti Livan Respublikasının səlahiyyətli orqanları tərəfindən təmin edilib.

Samir Həsənovun xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilərək istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilib.

Noyabrın 29-da Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Samir Həsənov Livandan ölkəmizə gətirilib


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər