1 Dekabr 2023 11:59
753
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Pirallahı rayonunda tanışını öldürməkdə təqsirləndirilən Ramil Niftəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Səbinə Məmmədzadənin icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, 1981-ci il təvəllüdlü Ramil Niftəliyevin aralarında yaranmış mübahisə zamanı 2003-cü il təvəllüdlü Murad Qafarzadəyə bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu öldürüb.

Ramil Niftəliyevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi üzrə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər