3 Dekabr 2023 19:44
1 430
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəbələnin Vəndam qəsəbəsində polisin yeniyetməyə şiddət göstərdiyi anı əks etdirən görüntülər yayılıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə polis əməkdaşının yeniyetmə oğlanı döydüyü görünür.

Teleqraf.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimovun sözlərinə görə, polis nəfəri ilə vətəndaş arasında olan insident araşdırılır:

“Hadisə dekabrın 2-də Qəbələ rayonunun Vəndam qəsəbəsində baş verib. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər