6 Dekabr 2023 11:35
789
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Nəsimi rayonunda bərbərxanada 15 manata görə iş yoldaşını qətlə yetirməkdə təqsirləndirilən İsmət Qədirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib.

İsmət Qədirov 16 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, qətl hadisəsi 2022-ci il dekabrın 15-də, günorta saatlarında paytaxtın Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində, çoxmərtəbəli binanın birinci mərtəbəsində fəaliyyət göstərən kişi salonlarından birində qeydə alınıb.

Belə ki, salonda bərbər işləyən 28 yaşlı İlkin Qurbanov ağır bıçaq xəsarətləri alıb. Dərhal hadisə yerinə ərazi üzrə 19-cu polis şöbəsinin əməkdaşları gəliblər. Lakin İlkin Qurbanovun öldüyünü görüblər.

Aparılmış araşdırmalarla zərərçəkmişin həmkarı və həmyaşıdı İsmət Qədirovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək İlkin Qurbanovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Həmin şəxslər arasında 15 manata görə mübahisələr olub.

İsmət Qədirovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər