21 Yanvar 2015 11:31
724
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Elnur Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Elnur Məhərrəmovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 6 il 2 ay müddətinə şərti cəza təyin edilib və məhkəmə zalından azadlığa buraxılıb.

Elnur Məhərrəmov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham edilib. O, etibarnamə əsasında olan avtomobili başqasına sataraq pulunu mənimsəyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər