21 Yanvar 2015 14:55
723
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində azyaşlı uşağı oğurlamaqda təqsirli bilinən Xırda Babayevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, 2014-cü ilin avqustun 13-də Sumqayıt şəhər sakini Aysel Əhmədova Daxili İşlər Nazirliyinin “102” xidmətinə və Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edərək həmin gün azyaşlı uşaqları ilə birlikdə şəhərdəki “Nəsimi” adına parkda olarkən 2 aylıq qızı Aylinin tanımadığı qadın tərəfindən oğurlandığını bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb. Həyata keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Xırda Babayeva sentyabrın 3-də tutulub.

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. O, elədiyi əməldən peşman olduğunu deyib: “Uşağım olmurdu. Getdim, qaçırdım. Başqa məqsədim olmayıb. Uşağa ana kimi baxmaq məqsədim olub. Ayseldəndə üzr istəyirəm. Özümə ölüm arzulayıram”.

Təqsirləndirilən şəxsdə ifadə verəndən sonra məhkəmə istintaqı başa çatıb. Daha sonra ittiham nitqi ilə çıxış etmək üçün prokurora söz verilib. Prokuror çıxışa hazır olmadığını, çıxışa hazırlaşmaq üçün vaxt istəyib.

Növbəti məhkəmə iclası yanvarın 28-nə təyin edilib.

Hacı Zeynalov


Müəllif: