Bakının Səbail rayonunda tapılan meyitin şəxsiyyəti müəyyənləşib.
Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində Səbail rayonunun S. Allahverdiyev küçəsində yerləşən parkda meyiti tapılan şəxsin 1967-ci il təvəllüdlü İlham Mirzəbəyov olması müəyyən edilib.
Qeyd edək ki, meyit yanvarın 19-da Səbail rayonunun S. Allahverdiyev küçəsində yerləşən parkda aşkarlanıb. Meyitin üzərində zprakılıq əlamətləri müəyyən edilməyib.
Hacı Zeynalov