12 Fevral 09:20
637
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq terrorçuluğu maliyyələşdirən şəxs Azərbaycanda həbs edilib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Azərbaycan Respublikasının vətəndaşı Əliyev Yusif Sultan oğlu barədə həbs qətimkan tədbiri seçildiyi məlum olub.

Yusif Əliyevə elan edilmiş ittihama əsasən, onun “Telegram” və “WhatsApp” sosial şəbəkələrində müxtəlif qapalı qruplar yaradaraq topladığı pul vəsaitlərini beynəlxalq terror təşkilatının maliyyələşdirilməsi məqsədi ilə xarici ölkələrə köçürdüyü müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunması təmin edilib.

Davam edən cinayət işi üzrə Yusif Əliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğu maliyyələşdirmə) maddəsi ilə təqsirləndirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər