Türkiyənin əks- kəşfiyyat xidməti İstanbulda Çin kəşfiyyatına işləməkdə şübhəli bilinən altı nəfəri saxlayıb.
Teleqraf.com xəbər verir ki, saxlanılan şəxslər Çinin Sincan-Uyğur Muxtar Bölgəsindən olan insanların Türkiyədəki həyat və fəaliyyətləri barədə məlumat toplayıblar.
Bildirilir ki, kəşfiyyat dəstəsindən olan daha bir nəfərin axtarışları davam edir. Qeyd olunur ki, Türkiyədə böyük bir uyğur icması var.