24 Fevral 00:23
1 006
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncədə 12 yaşlı qızına xəsarət yetirməkdə şübhəli bilinən İ.İsrafilov saxlanılıb.

Teleqraf.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun veridiyi məlumata görə, 12 yaşlı qıza daxilə keçməyən bıçaq xəsarəti yetirməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, hadisə şəhərin Şahsevənlər küçəsində yerləşən evlərin birində qeydə alınıb.

A.İ.-ova bud nahiyəsindən kəsici ailətlə xəsarət alıb. O, Gəncə şəhər 2 saylı Uşaq Xəstəxanasına çatdırılıb.

Yaxınlarının dediyinə görə, hadisə ailə münaqişəsi zəminində qeydə alınıb. Belə ki, o, mübahisə edən ata-anasını ayırmaq istəyərkən atası əlindəki bıçaqla ehtiyatsızlıqdan ona xəsarət yetirib.

Yaralının vəziyyəti qənaətbəxş hesab edilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər