Bakıda və Tərtər rayonunda yanğın hadisəsi baş verib.
Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Bakının Yasamal rayonunda vətandaşa məxsus ümumi sahəsi 300 kv.m olan ikimərtəbəli 6 otaqlı evin (hər mərtəbəsi 150 kv.m) dam örtüyünün yanar konstruksiyaları 6 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Tərtər rayonu, Seyidimli kəndində isə vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.