24 May 12:35
508
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Toplum TV”nin təsisçisi Ələsgər Məmmədli haqda seçilmiş qətimkan tədbirinin başqa növ qətimkan tədbiri ilə əvəz olunmasına dair vəkili tərəfindən verilən vəsatətə baxılıb.

Teleqraf.com xəbər verir ki, Xətai Rayon Məhkəməsində hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Məhkəmə vəsatəti təmin etməyib.

Xatırladaq ki, martın 9-da Xətai Rayon Məhkəməsinin qərarı ilə Ələsgər Məmmədlinin barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilib.

Ələsgər Məmmədli “Toplum TV” işi üzrə həbs edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə ittiham edilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər